Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
-iyunun 11-dən 15-dək Frankfurt şəhərində (Almaniya) “Münaqişə zamanı beynəlxalq hüquq” kursu;
-iyunun 11-dən 22-dək Konya şəhərində (Türkiyə) “Anadolu Qartalı 2007” təlimi;
-iyunun 13-dən 14-dək Ramştayn şəhərində (Almaniya) “Kooperativ Arcer 2007” təliminin yekun planlaşdırma konfransı keçirilir.
Azərbaycan Respublikası ilə Polşa arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 11-dən 15-dək Varşava şəhərində hərbi hüquqşünasların məsləhətləşmələri;
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 12-dən 29-dək Hamburq şəhərində “BMT qərargah zabiti” kursu;
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 13-dən 15-dək Ankara şəhərində “Büdcə planlaşdırılması” üzrə təcrübə mübadiləsi;
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 17-dən 23-dək Lakenhiz şəhərində (Böyük Britaniya) “Hava hərəkatının idarə edilməsi” sistemi ilə tanışlıq keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.