İyunun 11-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Lauri Bristounu səfirlik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra bildirmişdir ki, cənab L.Bristounun Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə iki dövlət arasında bütün sahələrdə əməkdaşlıq daha da inkişaf etmişdir.
Qarşılıqlı fikir mübadiləsi nəticəsində keçən görüşdə Müdafiə naziri general-polkovnik S.Əbiyev L.Bristouya Azərbaycandakı səfirlik missiyasına görə təşəkkür etmiş və gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.