Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- iyunun 18-dən 22-dək Bakı şəhərində “Beynəlxalq humanitar hüquq” və Almatı şəhərində (Qazaxstan) “Qərargah zabitləri üçün tanışlıq” kursları;
- iyunun 18-dən iyulun l-dək Klaypeda şəhərində (Litva) ”Amber Hope-07” təlimi keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 18-dən 29-dək İstanbul şəhərində “Mərmilər və döyüş sursatları” üzrə kurs və iyunun 19-dan 22-dək Ankara şəhərində “Süh Naminə Tərəfdaşlıq Təlim Mərkəzi və Sülhməramlı Qüvvələrin hazırlığı ilə tanışlıq”;
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 20-dən 22-dək Grafenüohr şəhərində (Almaniya) “Avropa Silahlı Qüvvələrinin baş çavuşları üçün konfrans” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.