Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 29 May 2008 00:02

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Ants Laaneots mayın 29-da Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 29 May 2008 00:01

Mayın 28-də İraqdakı Azərbaycan sülhməramlı bölüyünün 4 zabiti mayor Sadiq Yəhyazadə, kapitan Teyfur Rüstəmov, kapitan Emin Novruzov və baş leytenant Mehman Əbdülrəhmanov nümunəvi xidmətlərinə görə “ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə təltif olunublar.

Müdafiə Nazirliyinin məlumatı 29 May 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 28-də saat 13:25-dən 22:02-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu Mososqex kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini;- saat 10:05-dən 22:30-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yük-sək¬liklərdə, Tapqaraqoyunlu və Borsunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 10:20-dən mayın 29-u saat 00:45-dək fasilələrlə Füzuli rayonunun ərazi-sindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Aşağı Veysəlli kəndləri yaxın-lığında yerləşən mövqelərdən; - saat 21:50-dən 22:05-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyot-lardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 27 May 2008 00:01

Mayın 18-dən 26-dək NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 26 May 2008 00:02

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 22-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 26 May 2008 00:01

NATO ilə Azərbayjan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqrammı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 26 May 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 08:05-dən 23:25-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mososqex kəndi, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskepar kəndi sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndi, Qazax rayonunun Quşçu Ayrım və Aşağı Əskipara kəndləri sahəsindəki mövqelərini;- saat 23:25-dən 23:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 19:20-dən mayın 26-sı saat 00:30-dək ara-sıra Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 24 May 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 23-də saat 11:00-dan 17:45-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mososqex kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;-saat 23:30-dan 23:55-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 23 May 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 22-də saat 07:15-dən 20:00-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari və Mososqex kəndləri, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində, İcevan rayonu Berkaber kəndi sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım və Kəmərli kəndləri yaxınlığında yerləşən mövqelərini;- saat 17:20-dən 19:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Borsunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 07:20-dən 07:45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:45-dən 21:00-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - mayın 23-də saat 04:00-dan 04:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 22 May 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 21-də saat 17:55-dən 20:30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mososqex, Ayqedzor və Çinari kəndləri sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Koxa Nəbi, Ağdam və Ağbulaq kəndləri yaxınlığında yerləşən mövqelərini;- saat 17:05-dən 17:20-dək və saat 20:30-dan 20:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 17:30-dan 17:35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 23:45-dən mayın 22-si saat 03:26-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.