Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının (BENS) geniştərkibli nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri görüş zamanı qonaqlara müstəqil Azərbaycan dövlətinin son illər əldə etdiyi iqtisadi-siyasi uğurlarından, ordu quruculuğu prosesində qazanılmış irəliləyişlərdən ətraflı söhbət açmışdır. Regionda mövcud olan gərgin hərbi-siyasi durum, Dağlıq Qarabağ probleminin həllini ləngidən amillər və digər məsələlər görüşdə əsas müzakirə mövzusu olmuşdur.
Nümayəndə heyətinin başçısı istefada olan general cənab Çarlz Boyd, ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının müavini vitse-admiral Riçard  Qallager və nümayəndə heyətinə daxil olan qonaqlar Azərbaycanla bağlı onları maraqlandıran məsələlər barədə müdafiə naziri ilə geniş fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsi iştirak etmişdir.