Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 24-də saat 11:30-dan 11:45-dək və 22:40-dan 22:50-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 22:45-dən 22:52-dək və oktyabrın 25-də saat 02:50-dən 03:00-dək Ağdam rayonunun Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında  yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.