AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 6-da saat 17:30-dan 17:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 20:45-dən 20:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 5-də saat 15:00-dan 15:10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:15-dən 20:40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 4-də saat 17:40-dan 17:50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- saat 08:35-dən 08:55-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:15-dən 23:30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 3-də saat 14:10-dan 14:30-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:15-dən 20:30-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 21:45-dən 21:55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 2-də saat 11:40-dan 11:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 13:25-dən 13:30-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 14:55-dən 15:20-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- fevralın 3-də saat 01:09-dan 01:15-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 02:20-dən 02:30-dək Füzuli rayonunun adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
N saylı hərbi hissənin əsgəri Elman Firavan oğlu Dadaşovun oğurlanması barədə mətbuatda yanlış məlumatlar yayılıb.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:-İzmir şəhərində (Türkiyə) “Cooperative Arcer 2009” təliminin əsas planlaşdırma konfransı” (03 -05 fevral); - Andermat şəhərində (İsveçrə) Dağ uçqunları üzrə təlim kursu (04-20 fevral);- Bakı şəhərində NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının “Çavuşlar üçün Birləşmiş Səyyar Təlim və Tədris Qrupunun (Çavuşların müxtəlif funksional sahələri üzrə təlim kursu” (09-13 fevral); - Qarmiş şəhərində (Almaniya) Dil testi seminarı (09-20 fevral);- Glattbrugg şəhərində (İsveçrə) NATO hərbi hazırlıq və təlim üzrə konfrans (10-11 fevral) keçirilir.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində “Rabitə operatorları” təlim kursu (16-27 fevral); Briqada komandanlığı və döyüş qərargahının əməliyyat təlimləri üzrə təcrübə mübadiləsi adlı seminar (09-13 fevral); Strateji Müdafiə İcmalı (SMİ) üzrə işçi qrupunun növbəti iclası (16-20 fevral); San-Antonio şəhərində Maddi Texniki Təminat zabiti kursu (04 fevral-23 sentyabr); Rabitə zabitinin təməl kursu (11fevral-29iyul); Hərbi Dəniz Qüvvələri Komanda və Qərargah Akademiyası (11 fevral 2009-18iyun 2010); Münhen şəhərində (Almaniya Federativ Respublikası) Təhlükəsizlik məsələləri və onların həlli mövzusunda simpozium (02-05fevral); Ştutqard şəhərində (Almaniya) Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq üzrə işçi görüşü (16-20 fevral); Manama şəhərində (Bəhreyn Krallığı) Dəniz infrastrukturunun mühafizəsi mövzusunda simpozium (03-05 fevral);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Ankara şəhərində Refraktiv cərrahiyəsi kursu (06 fevral-09 iyun); İstanbul şəhərində “Gizirlər üçün Kütləvi Qırğın Silahlarından qorunma kursu” (09 fevral-13 mart); Briqada və korpus əməliyatlarına dair mövzunu Azərbaycan Hərbi Akademiyasında tədris edən müəllimlərin Türkiyə Hərbi Akademiyalarında həmin mövzu üzrə tədris prosesində iştirakı (16-27 fevral);Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Liyepaya şəhərində “Beynəlxalq gəmi dalğıcları kursu” (18 fevral-27 mart) keçirilir.
“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:- Dombas şəhərində (Norveç) “Qış şəraitində döyüş kursu” (02-20 fevral);- Berlin şəhərində (Almaniya Federativ Respublikası) 12-ci Polis konqresində iştirak (10-11 fevral);- Ankara şəhərində (Türkiyə) “JCATS proqramı ilə rəqəmsal xəritə kursu” (09-13 fevral); Terrorizmlə mübarizənin hüquqi aspektləri (16-20 fevral);- Odessa şəhərində (Ukrayna) Sea Breeze 2009 təliminin əsas planlaşdırma konfransı (04-06 fevral) keçirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 1-də saat 08:20-dən 08:50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16:00-dan 16:15-dək və 22:00-dan 22:10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 19:30-dan 19:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.