AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirilmədə qüsurlara yol verilməməsi üçün Müdafıə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “Qaynar xətt” yaradılması ilə paralel olaraq, müdafiə nazirinin tapşırığı ilə valideynlərin və ya çağırışçıların yaxınlarının şikayət və narazılıqlarını araşdırmaq üçün Nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrup fəaliyyətə başlayıb.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 1-də saat 14:40-dan 14:50-dək və 16:40-dan 16:55-dək Ermənistan Respublikası İcevan və Berd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax və Tovuz rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini; - saat 20:55-dən 21:10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Budapeşt şəhərində (Macarıstan) Hərbi İngilis dili kursu (06 aprel-26 iyun);- Aksaz şəhərində (Türkiyə) Kooperativ Marlin/Mako 2009 təlimlərinin yekun planlaşdırma konfransı (07-10 aprel) keçirilir.
“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:- Vaşinqton şəhərində (ABŞ) Müdafiənin planlaşdırılması və ABŞ/NATO əlaqələri və transformasiyası mövzuları üzrə görüşlər (01-03 aprel) keçirilir.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində ABŞ Hərbi-Mülki Əlaqələr Mərkəzi tərəfindən Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidməti ekspert qrupu ilə terrorizmlə mübarizə mövzusunda ekspert görüşü (06-10 aprel); Şimali Korolina şəhərində (ABŞ) Dəniz antiterror üzrə operatorların təməl kursu (06 aprel-11 may); San-Antonio şəhərində (ABŞ) Quru Qoşunları Komanda və Qərargah Akademiyası (08 aprel 2009-11 iyun 2010);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Partlayıcı maddələrin aşkar edilməsi kursu (06 aprel-29 may); SAT/SAS təliminin əsas planlaşdırma konfransı (07-09 aprel); Ankara şəhərində Urologiya üzrə ixtisaslaşma kursu (06 aprel 2009- 01 noyabr 2014); 2009-cu ildə Məhkəmə sistemləri mövzusunda beynəlxalq simpozium (06— 08 aprel);Azərbaycan Respublikası ilə Qırğızıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təhsil sistemi ilə tanışlıq və Qırğızıstan Respublikası Müdafiə Nazirliyinin zabit kadrlarının gələcək hazırlıq məsələlərinin müzakirəsi üzrə ekspertlerin işçi görüşü (06-07 aprel);Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Buxarest şəhərində Təkmilləşmiş birgə əməliyyatlar üzrə qərargah zabitləri kursu (06 aprel-03 iyul); Raminçu/Valçea şəhərində Partlamamış maddələrin zərərsizləşdirilməsi üzrə təməl kursu (06 aprel-17 iyul); Bakı şəhərində Rumıniyanın Milli Müdafiə Kolleci rəisinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına ziyarəti (09-11 aprel);Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Murree şəhərində Zabitlər üçün kəşfiyyat təkmilləşmə kursu (06 aprel-13 iyun) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 22:20-dən 22:30-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 06:40-dan 06:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 29-da saat 20:30-dan 20:40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- martın 30-da saat 02:40-dan 02:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 31-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 28-də saat 19:30-dan 19:45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonu Ağbulaq kəndi ərazisində yerləşən mövqelərini;- saat 18:20-dən 18:45-dək və martın 29-da saat 00:10-dan 00:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.