Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 28-də saat 19:30-dan 19:45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi ərazisində  yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonu Ağbulaq kəndi ərazisində yerləşən mövqelərini;
- saat 18:20-dən 18:45-dək və martın 29-da saat 00:10-dan 00:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.