Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun  olaraq martın 31-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrji Aberle keçirəcəklər.
Azərbaycan-Ermənistan sərhədinin digər tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjev Kasprçik, onun səhra köməkçiləri İmre Palatinus, Vladimir Çountulov və Jaslan Nurtazin keçirəcəklər.