Hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirilmədə qüsurlara yol verilməməsi üçün Müdafıə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “Qaynar xətt” yaradılması ilə paralel olaraq, müdafiə nazirinin tapşırığı ilə valideynlərin və ya çağırışçıların yaxınlarının şikayət və narazılıqlarını araşdırmaq üçün Nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrup fəaliyyətə başlayıb. Vətəndaşlar bu telefon nömrələrinə 438 61 31, 438 61 74 zəng edərək öz təklif və şikayətlərini çatdıra bilərlər.