AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 11-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında müdafiə nazirinin müavini, general-leytenant Çingiz Mammədov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün brifinq keçiriblər.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 10-da saat 22:00-dan 22:35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 22:10-dan 22:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 9-da saat 17:35-dən 17:40-dək, 17:45-dən 17:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 10:40-dan 10:55-dək, 23:25-dən 23:40-dək, 23:40-dan 00:00-dək, dekabrın 10-da saat 00:10-dan 00:20-dək və 00:40-dan 00:55-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 8-də saat 09:50-dən 10:05-dək, 10:10-dan 10:20-dək Füzuli rayonunun Qorqan və Səyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 14:50-dən 15:05-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - dekabrın 9-da saat 03:00-dan 03:20-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardam atəşə tutublar.
Dekabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Rocer Breydi qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 6-da saat 15:40-dan 16:00-dək, Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16:10-dan 16:20-dək, 22:05-dən 22:10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 16:10-dan 17:25-dək və dekabrın 7-də saat 04:20-dən 04:30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 00:30-dan 00:45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 4-də saat 09:00-dan 09:25-dək, 21:50-dən 22:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 10:00-dan 10:25-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:15-dən 22:25-dək və dekabrın 5-də saat 02:10-dan 02:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli proqram”da nəzərdə tutulmuş “Biz Qələbənin varisləriyik” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün MDB ökələrindən Azərbaycana gələn nümayəndə heyətini qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 3-də saat 08:55-dən 09:05-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 23:15-dən 23:40-dək, dekabrın 4-də saat 00:10-dan 01:10-dək və 06:00-dan 06:05-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 2-də saat 23:30-dan 23:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:30-dan 20:55-dək, 22:10-dan 22:20-dək, dekabrın 3-də saat 00:30-dan 00:40-dək və 02:40-dan 03:51-dək Füzuli rayonunun Qorqan, Qərvənd kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.