AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Rusiya federasiyasının müdafiə naziri Anatoli Serdyukovun dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Moskvaya işgüzar səfərə yola düşüb.
Müdafiə nazirlərinin görüşündə regional təhlükəsizlik məsələlərinin, hərbi sahədə əməkdaşlığın gedişi və perspektivlərinin müzakirəsi nəzərdə tutulur.