AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 28-də saat 13:10-dan 13:15-dək və 14:10-dan 14:20-dək Tərtər rayonunun Yarımca və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 13:30-dan 13:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.