Mayın 24-də Azərbaycanda səfərdə olan Belçika Krallığı Senatının fəxri prezidenti, Müdafiə və Xarici Əlaqələr komissiyasının sədri xanım Anne Marie Lizinlə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun görüşü olub.
Görüşdə general-mayor Ramiz Nəcəfov regiondakı vəziyyət və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əlaqələri barədə qonağa məlumat verib.
Səfəri zamanı Quba məzarlığına baş çəkən və erməni vəhşiliklərindən dəhşətə gəldiyini bildirən belçikalı qonaq Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağını qeyd edib.