Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 17 Avqust 2010 00:01

Avqustun 17-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Müdafıə Nazirliyinin Müdafıə Sənayəsi müşaviri Murad Bayarı qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 17 Avqust 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-da saat 17:00-dan 17:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən;- avqustun 17-də saat 00:30-dan 00:35-dək və 01:00-dan 01:10-dək Ağdam rayonunun Sarıcalı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 16 Avqust 2010 00:01

Avqustun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 16 Avqust 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-də saat 10.40-dan 11:00-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- saat 14:15-dən 14:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 22:50-dən 23:05-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 23:10-dan 23:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- avqustun 16-da saat 04:00-dan 04:25-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 14 Avqust 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-də saat 12:20-dən 12:35-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 18:45-dən 18:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 17:20-dən 17:35-dək və avqustun 14-də saat 00:10-dan 00:20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 01:00-dan 01:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 13 Avqust 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 12-də saat 21:30-dan 21:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 22:30-dan 22:45-dək, 23:25-dən 23:30-dək və 23:15-dən 23:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- avqustun 13-də 06:00-dan 06:10-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 12 Avqust 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 11-də saat 09:35-dən 09:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; - saat 18:10-dan 18:20-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi;- saat 07:20-dən 07:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 17:05-dən 17:30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 19:20-dən 19:25-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - avqustun 12-də saat 01:00-dan 01:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 11 Avqust 2010 00:01

Avqustun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklohoma ştatının Milli Qvardiya Komandanının səfiri Mayls Dirinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 11 Avqust 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 10-da saat 21:30-dan 21:35-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi; - saat 23:20-dən 23:30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; - saat 18:20-dən 18:40-dək və 19:10-dan 19:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:35-dən 20:45-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 23:40-dan 23:55-dək və 23:15-dən 00:10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 10 Avqust 2010 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 9-da saat 10:30-dan 10:45-dək və 13:45-dən 13:55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnə Qışlaq kəndlərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.