AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib.
Nazir Səfər Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək bildirib ki, Azərbaycan İraqla əlaqələrin qurulmasına önəm verir. İraqlı qonaq isə ökəsinin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini və erməni təcavüzünü pislədiklərini bəyan edib.