AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 17-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Müdafıə Nazirliyinin Müdafıə Sənayəsi müşaviri Murad Bayarı qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə barədə fikir mübadiləsi aparılıb, ölkələr arasında hərbi əməkdaşlığın inkişaf dinamikası müzakirə olunub.