Avqustun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklohoma ştatının Milli Qvardiya Komandanının səfiri Mayls Dirinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ABŞ-la Azərbaycan arasındakı hərbi əməkdaşlıq məsələləri, regiondakı mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
Nazir Səfər Əbiyev bildirib ki, ABŞ-Azərbaycan əlaqələri inkişaf edir və hər iki tərəf bu əməkdaşlığın davam etdirilməsinə tərəfdardır.