AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 8-də saat 21:00-dan 21:10-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 17:40-dan 17:55-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:15-dən 23:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 6-da saat 01:10-dan 01:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 04:50-dən 05:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 3-də saat 16:00-dan 16:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:30-dan 18:45-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Avqustun 3-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin Bakı şəhərində toplantısı olub.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 1-də saat 20:00-dan 22:00-dək fasilələrlə Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- avqustun 2-də saat 00:20-dən 00:30-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 1-də saat 00:35-dən 00:40-dək və 05:05-dən 05:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02:30-dan 03:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Tədbirlərin siyahısı Silahlı Qüvvələrin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı03 - 05.08.11Bakı, AzərbaycanAzərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq planına əsasən08-12.08.2011 Xüsusi təyinatlılar üçün maneələri dəf etmək üzrə təlimatçı kursuEğirdir, Isparta, TürkiyəAzərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən08.08.2011 - 15.06.2012 Birləşmiş Komandanlıq və Baş Qərargah kursuTartu, EstoniyaAzərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən08.08.2011 - 26.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 29-da saat 15:10-dan 15:35-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20:55-dən 21:10-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20:30-dan 20:33-dək, 21:40-dan 21:50-dək və iyulun 30-da saat 02:30-dan 02:50-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00:15-dən 00:20-dək, 02:07-dən 02:12-dək və 02:05-dən 02:10-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 28-də saat 17:05-dən 17:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:50-dan 20:05-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23:35-dən 23:45-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 27-də saat 12:30-dan 12:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 28-də saat 03:35-dən 03:40-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 00:40-dan 00:50-dək, 03:35-dən 03:40-dək və 03:32-dən 03:40-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.