Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 3-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin Bakı şəhərində toplantısı olub. Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən toplantıda giriş nitqini Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov açaraq Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlıq fəaliyyətini geniş təhlil edib.
Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb. Bundan başqa Azərbaycan Respublikasının müdafiə sənayesinin potensialı və başqa məsələlər haqqında hesabat və müzakirələr edilib.
Qeyd edək ki, toplantı avqustun 5-dək davam edəcək.