AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 1-də saat 20:00-dan 22:00-dək fasilələrlə Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- avqustun 2-də saat 00:20-dən 00:30-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.