AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 1-də saat 00:35-dən 00:40-dək və 05:05-dən 05:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02:30-dan 03:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.