Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının müdafiə nazirinin Litva Respublikasının xarici işlər naziri ilə görüşü olub 6 Mart 2013 09:00

Martın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusla görüşü olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətlərinin məlumatı 1 Mart 2013 09:00

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Seymur Mürvət oğlunun ölməsi faktı ilə əlaqədar hərbi prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən əşyalar götürülmüş, məhkəmə-tibbi ekspertin, prokurorun və müstəntiqin iştirakı ilə meyidin xarici və daxili müayinəsi aparılmış və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 1 Mart 2013 09:00

Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü- qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü 03-08.03.2013Bakı, Azərbaycan Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən 03.03 - 05.07.2013 Beynəlxalq dalğıc kursu Beykoz, İstanbul, Türkiyə “NATO Qərargah zabitəri üçün öyrənilmiş təcrübələr mövzusunda kurs” 04-08.03.2013 Kunqsaengen, İsveç NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursu04-08.03.2013Riqa, Latviya “AMAN-2013” Çoxmillətli dəniz təlimi 04-08.03.2013Karaçi, Pakistan Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən 04-08.03.2013 Kimyəvi, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kurs Kaunas, Litva Xəzəryani ölkələrin hidroqrafiya xidmətləri rəhbərlərinin müşavirəsi05-07.03.2013 Həştərxan, RF Azərbaycan –Ukrayna ikitərəfli əməkdaşlıq planına əsasən 11-14.03.2013 “Ukrayna Milli Müdafiə Universitetinin nümayəndə heyətinin səfəri”Bakı, Azərbaycan Azərbaycan –Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 11-14.03.2013 “FELDBERG 13” səhra təlimi Oberlauzits, AFR Silahlara nəzarət təlim kursu11-16.03.2013London, Birləşmiş Krallıq Hava əməliyyatları terminologiyası üzrə təməl kursu 11-22.03.2013İzmir, Türkiyə Hərbi-mülki əməkdaşlıq üzrə qərargah zabiti kursu 11-22.03.2013Enschede, Niderland Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 11-15.03.2013 “Combined Endeavor-2013” təliminin əsas planlaşdırma konfransıDublin, İrlandiya Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən11.03-13.07.

Monitorinq baş tutdu 22 Fevral 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 22-də Azərbaycan Respublikasının Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 21 Fevral 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 22-də Azərbaycan Respublikasının Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Cümhuriyyətinə rəsmi səfər edib 18 Fevral 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Cümhuriyyətinin milli müdafiə Naziri İsmət Yılmazın dəvəti ilə Ankaraya yola düşüb.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 14 Fevral 2013 09:00

FTP-dən əlavə 18-19.02.2013 Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ ekspertlərinin səfəri Bakı, Azərbaycan Azərbaycan-ABŞ iş planına əsasən 20-21.02.2013 Azərbaycan-ABŞ işçi qrupunun görüşü Ştutqart, AFR Azərbaycan-BB ikitərəfli əməkdaşlıq proqramına əsasən25.02-22.03.2013 Kiçik zabitlər üçün liderlik kursu Vışkov, Cexiya Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) nümayəndələrinin hərbçilər arasında futbol üzrə 1-ci Dünya kubokunun təşkili ilə əlaqədar səfəri 25-27.02.2013Bakı, Azərbaycan FTP-dən əlavə 25.02-01.03.2013 NATO-nun təhsil üzrə işçi qrupunun səfəri Bakı, Azərbaycan.

Hərbi helikopter qəzaya uğrayıb 11 Fevral 2013 09:00

Bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb.

Azərbaycan Respublikasının müdafiə naziri Xorvatiya Respublikasının müdafiə nazirini qəbul edib 6 Fevral 2013 09:00

Fevralın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçinlə görüşü olub.

Azərbaycan Respublikasının müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib 5 Fevral 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.