AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.
Görüşdə Avropa İttifaqı ilə ölkəmiz arasında müxtəlif istqamətlər üzrə əməkdaşlıq məsələləri, regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.