Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Fevral 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Cümhuriyyətinə rəsmi səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Cümhuriyyətinin milli müdafiə Naziri İsmət Yılmazın dəvəti ilə Ankaraya yola düşüb.
Azərbaycan müdafiə nazirinin rəsmi səfəri çərçivəsində dövlətlərarası hərbi məsələlər barədə müzakirələr aparılacaq.

                                                                                                                     ***

Xəbər verildiyi kimi Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasında rəsmi səfərdədir.
Bu gün nazir Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıt qəbrini ziyarət ediblər, sonra Türkiyə Milli Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyevlə Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib. Görüş zamanı hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparılıb.
Görüşün sonunda nazirlər niyyət bəyannaməsini imzalayıblar.
Sonra Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəl və Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlu ilə təkbətək görüşləri olub.
Görüşlərdə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov iştirak edib.
Müdafiə naziri Səfər Əbiyevin rəhbərlik etdiyi nümayənda heyətinin Türkiyə Cümhuriyyətindəki müdafiə sənayesi təmayüllü bir neçə şirkətdə də görüşləri olacaq.
Sonda nazir Səfər Əbiyev Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gedəcək və ulu öndərin abidəsi önünə əklil qoyacaq.