AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat etmişdir.
Aprelin 19-da gecə saat 03.00 radələrində Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsgəri Şahverdiyev Rafael Əli oğlunun tabeliyində olan silahdan açılan atəş nəticəsində baş leytenant Məmmədov Elşən Mübariz oğlu dünyasını dəyişib.
Polşada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Polşa Respublikasının prezidenti Bronislav Komorovski ilə görüşü olub.
Aprelin 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası müdafiə nazirinin dəvəti ilə Varşavaya rəsmi səfərə yola düşüb.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 15-25.04.2013 “Saber Guardian 2013” təlimi Cincu, Rumıniya Tərəfdaşlar üçün NATO ilə tanışlıq kursu15-19.04.2013Roma, İtaliya FTƏP-dən əlavə16-18.04.2013 SNT konsorsiumunun terrorizmə qarşı mübarizə üzrə işçi qrupunun yaz sessiyasıBuxarest, Rumıniya FTƏP-dən əlavə 22-24.04.2013 SNT konsorsiumunun 15-ci illik konfransı Cenevrə, İsveçrə Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən 22.04-17.05.2013 Planlaşdırma, proqramlaşdırma, büdcə prosedurları və qiymətləndirmə sistemi üzrə kurs Brasov, Rumıniya Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 22-26.04.2013 AFR Quru Qoşunlarının kəşfiyyat taburunda keçirilən təlimdə müşahidəçi qismində iştirak AFR, Hannover “Qaraciyər xəstəlikləri” üzrə 48-ci beynəlxalq konqres 24-28.04.2013Amsterdam, Hollandiya Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya futbol kubokunun püşkatma mərasimi29.04.2013 Bakı, Azərbaycan.
Aprelin 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanı qəbul edib.
Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci ildə imzalanmış fərmanına uyğun olaraq bu gün Təlim və Tədris Mərkəzində 132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib.
Aprelin 11də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib.
Planlaşdırma və Analiz Prosesinin və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının ekspert qrupu ilə Azərbaycanın Respublikası Müdafiə Nazirliyi arasında işçi görüşü başlayıb.
Aprelin 8-i saat 20.00 radələrində qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində N saylı hərbi hissənin leytenantı 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.