"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2013 09:00

Baş leytenant dünyasını dəyişib


Aprelin 19-da gecə saat 03.00 radələrində Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsgəri Şahverdiyev Rafael Əli oğlunun tabeliyində olan silahdan açılan atəş nəticəsində baş leytenant Məmmədov Elşən Mübariz oğlu dünyasını dəyişib. Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.