AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildiririk ki, Müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindən keçən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan-ABŞ iş planına əsasən fevralın 19-dan iyunun 12-dək San Antonio şəhərində (ABŞ) Quru Qoşunları zabitlərinin komanda qərargah kursu keçiriləcək.
Fevralın 17-də Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiya Müdafiə Nazirliyində Müdafiə naziri cənab Neboyşa Rodiç tərəfindən qarşılanma mərasimi keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 18-də Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindən keçən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan-ABŞ iş planına əsasən fevralın 17-dən 20-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim" və Fərdi tərəfdaşlıq proqramına əsasən fevralın 17-dən 21-dək Ankara şəhərində (Türkiyə) Müdafiənin planlaşdırılması üzrə kurs keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Müdafiə naziri cənab Neboyşa Rodiçin dəvətilə 17-18 fevral 2014-cü il tarixlərində Serbiya Respublikasına rəsmi səfər edəcək.
10-11 fevral tarixlərində İslamabad şəhərində Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüş keçirilmişdir.
Fevralın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasət Heyəti üzvlərindən bir qrupunu qəbul edib.