Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2014 09:00

Azərbaycanla Pakistan arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb

10-11 fevral tarixlərində İslamabad şəhərində Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüş keçirilmişdir. Pakistan nümayəndə heyətinə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Mohammad Farrux Raşid, Azərbaycan nümayəndə heyətinə isə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov rəhbərlik etmişdir.
Görüş zamanı hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın gedişatı, o cümlədən 4-cü Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli görüşünün qərarlarının icrası vəziyyəti və perspektiv əməkdaşlıq sahələri nəzərdən keçirilmiş, qəbul edilmiş qərarlar illik əməkdaşlıq Planına daxil edilmişdir.
Eyni zamanda, ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanmışdır.
Müzakirələrin sonunda "Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüşünün Protokolu" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı" imzalanmışdır.