Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiya Respublikasına rəsmi səfəri başa çatıb


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri başa çatıb.
Səfərin son günü fevralın 18-də, Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç qəbul edib.
Görüş zamanı Müdafiə naziri rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, Azərbaycan və Serbiya Respublikalarının prezidentlərinin səyləri nəticəsində əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu bildirib.
Müdafiə naziri bu səfərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Fevralın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Vətənə dönüb.