AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 13-dən 17-dək Sofiya şəhərində (Bolqarıstan) Silahların ixracına nəzarət üzrə tanışlıq səfəri, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 13-dən 25-dək İzmir şəhərində (Türkiyə) uçuş təhlükəsizliyi kursu, aprelin 14-dən 16-dək Azərbaycan-Fransa müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planına əsasən Saumur şəhərində (Fransa) Fransanın Baş Qərargah Akademiyasına ziyarət və Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakı şəhərində Hərbi Dəniz Qüvvələri üzrə seminar keçiriləcək.
Bu gün, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin xidmətini başa vuraraq aprelin 9-da Vətənə qayıtmış bir qrup hərbi qulluqçusu ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü təşkil edilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə 14-15 aprel 2014-cü il tarixlərində İran İslam Respublikasına rəsmi səfər edəcək.
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan və hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilən hərbi qulluqçuların vəziyyəti barədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil BABAYEVin açıqlaması:
Aprelin 9-da Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıtmışdır.
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Hörmətli cənab sədr!Hörmətli iclas iştirakçıları!Xanımlar və cənablar!Əvvəlcə icazə verin Sizi Azərbaycan torpağında salamlayım.
Aprelin 8-də Bakı şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlamasının nəticələrini şəxsən araşdırmaq üçün bu gün hadisə yerində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və bir qrup zabit heyəti Bakıya qayıdıb.