Bu gün, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin xidmətini başa vuraraq aprelin 9-da Vətənə qayıtmış bir qrup hərbi qulluqçusu ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü təşkil edilib.
Görüş zamanı hərbi qulluqçularımız sülhməramlı əməliyyatlarda iştirakları barədə təəssüratlarını bölüşmüş, Azərbaycan Respublikasının NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi sahədə verdiyi töhfədən söz açmış və televiziya kanallarına müsahibələr vermişlər.