Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2014 09:00

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Aprelin 13-dən 17-dək Sofiya şəhərində (Bolqarıstan) Silahların ixracına nəzarət üzrə tanışlıq səfəri, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 13-dən 25-dək İzmir şəhərində (Türkiyə) uçuş təhlükəsizliyi kursu, aprelin 14-dən 16-dək Azərbaycan-Fransa müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planına əsasən Saumur şəhərində (Fransa) Fransanın Baş Qərargah Akademiyasına ziyarət və Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakı şəhərində Hərbi Dəniz Qüvvələri üzrə seminar keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.