Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib - VİDEO 19 Avqust 2014 09:00

Avqustun 19-da Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə və Gürcüstan respublikalarının müdafiə nazirləri ilə görüşmüşdür 19 Avqust 2014 09:00

Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişlər.

Bakıda NATO-nun təlim kursu keçirilir 19 Avqust 2014 09:00

Avqustun 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO–nun Brunssum şəhərindəki (Niderland Krallığı) Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanan partlayıcı qurğular"la mübarizə mövzusunda təlimə başlanıb.

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri Naxçıvandakı N saylı hərbi hissədə olublar 19 Avqust 2014 09:00

Avqustun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Naxçıvan qalasını, Nuh Peyğəmbərin məzarını, duz mağarasını, Möminə Xatun türbəsini, Xan Sarayını, Xalça Muzeyini ziyarət ediblər.

Müdafiə Nazirliyinin məlumatı 19 Avqust 2014 09:00

Müdafiə Nazirliyi bildirir ki, bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalaması məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı guya Azərbaycan ərazisindəki aerodromlardan istifadə edilməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır.

Azərbaycan Respublikasının Müdafiə naziri Gürcüstanın Müdafiə nazirini qəbul edib 18 Avqust 2014 09:00

Avqustun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanı qəbul edib.

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə nazirini qəbul edib 18 Avqust 2014 09:00

Avqustun 18-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycana rəsmi səfərə gəlib.

Qusarda uşaqlar üçün hərbi vətənpərvərlik düşərgəsi fəaliyyətə başlayıb 18 Avqust 2014 09:00

Qusar rayonunda yerləşən "N" saylı hərbi hissə nəzdində təşkil olunacaq hərbi vətənpərvərlik təmayüllü yay düşərgəsində istirahət edəcək uşaqların avqustun 18-də Bakı şəhərindən yolasalınması mərasimi keçirilib.

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri davam edir 18 Avqust 2014 09:00

Avqustun 18-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, cənab İrakli Alasaniya və cənab İsmət Yılmaz Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.

Türkiyənin Milli Müdafiə naziri Naxçıvandadır 18 Avqust 2014 09:00

Avqustun 18-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəlib.