AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissələrdə silsilə Qurban bayramı tədbirləri keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissələrdə Qurban bayramı tədbirləri keçirilir.
Sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində döyüş postunda şəhid olmuş Silahlı Qüvvələrimizin zabiti leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində çalışan professor-müəllim heyətini təbrik edib.
Oktyabrın 8-də Litva Respublikasının Milli Müdafiə naziri cənab Yuozas Olekas Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Oktyabrın 6-dan 16-dək Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya seminarı və 17-dək İstanbul şəhərində (Türkiyə) Azərbaycan Hərbi Dəniz Qüvvələri şəxsi heyətinin Türkiyə Hərbi Dəniz Qüvvələri Tərsanələrində stajkeçmə təlimi keçiriləcək.
Müdafiə Nazirliyi H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi Beynəlxalq Müəllimlər günü və Qurban bayramı münasibəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin pedoqoji kollektivi ilə birgə təntənəli bayram tədbiri keçirib.
Ermənistan Respublikasının kütləvi informasiya vasitələri həmişə olduğu kimi növbəti dəfə özlərinin qeyri-hökumət təşkilatları, sosial mediaları vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında erməni ictimaiyyəti üçün dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir.
Oktyabrın 3-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında Qərargah danışıqları keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dəvətilə ölkəmizə səfərə gəlmiş Ehtiyatda və İstefada olan Zabitlərin Təşkilatlarının Beynəlxalq Məsləhətləşmə Komitəsinin nümayəndə heyətilə görüş keçirilib.