Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2014 09:00

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib

Müdafiə Nazirliyi H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi Beynəlxalq Müəllimlər günü və Qurban bayramı münasibəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin pedoqoji kollektivi ilə birgə təntənəli bayram tədbiri keçirib.
Tədbir dövlət himninin ifası ilə açıq elan edilib. Sonra Mərkəzi Zabitlər Evinin əməkdaşı Gülxar Məmmədova Beynəlxalq Müəllimlər günü, onun yaranma tarixi, ölkəmizdə müəllimə münasibət, təhsil işçilərinə dövlət qayğısı kimi məsələlər barədə məruzə edib. O, eyni zamanda Qurban bayramı və onun mahiyyəti haqqında məlumat verdikdən sonra məktəb kollektivini hər iki bayram münasibətilə təbrik edib.
Sonda Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı tərəfindən məktəbin kollektivi üçün hazırlanmış xüsusi konsert proqramı təqdim edilib.