Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2014 09:00

Hərbi hissədə müqəddəs Qurban bayramı təntənə ilə qeyd edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissələrdə Qurban bayramı tədbirləri keçirilir.
Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə Qurban bayramına həsr olunmuş tədbirdə çıxış edən polkovnik Elşad Əbilov Müdafiə nazirinin və birlik komandirinin bayram təbriklərini, polkovnik Gəray Bağırov isə hərbi hissə komandirinin bayram əmrini şəxsi heyətə çatdırıblar.
Tədbirdə çıxış edənlər Qurban bayramının yaranma tarixi və əhəmiyyətindən söz açıblar. Sonra şəxsi heyətin iştirakı ilə qurbanlar kəsilib.
Tədbir Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivinin ifasında təqdim olunan geniş konsert proqramı ilə başa çatıb.