Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2014 09:00

Ehtiyatda və İstefada Olan Zabitlərin Təşkilatlarının Beynəlxalq Məsləhətləşmə Komitəsinin nümayəndə heyətilə görüş keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dəvətilə ölkəmizə səfərə gəlmiş Ehtiyatda və İstefada olan Zabitlərin Təşkilatlarının Beynəlxalq Məsləhətləşmə Komitəsinin nümayəndə heyətilə görüş keçirilib. Qonaqlara əvvəlcə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi barədə məlumat verilib.
Sonra nümayəndə heyətinin rəhbəri Aleksandr Kanşin qonaqpərvər qəbula görə Müdafiə nazirliyinin rəhbərliyinə minnətdarlığını çatdırıb. O, hazırda Komitənin təşkilatçılığı ilə "Müharibələrsiz və hərbi münaqişələrsiz dünya" adlı sənədli filmlər və televiziya proqramları festivalının keçirildiyini və festivala Bakıda yekun vurulması haqda qərar qəbul edildiyini bildirib.
Sonra general-leytenant K.Vəliyev Komitənin fəaliyyətinin xeyirxah məqsəd daşıdığını, onun veteran təşkilatları arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə müsbət təsir göstərdiyini qeyd edib.
Görüşdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov, Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, ehtiyatda olan polkovnik Cəlil Cəlilov iştirak ediblər.