Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri yeni tədris və inzibati binaların açılışında iştirak edib - VİDEO 16 May 2015 13:00

Mayın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsaslı təmir olunmuş yeni tədris və inzibati korpuslarının açılışı mərasimində iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvandadır 15 May 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvandadır.

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib 15 May 2015 09:00

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin döyüş atışı mərhələsi keçirilib - VİDEO 14 May 2015 12:00

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin növbəti, döyüş atışı mərhələsi keçirlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Silahlı Qüvvələrinin üçüncü ordu komandanı ilə görüşüb 14 May 2015 09:00

Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar ilə görüşüb.

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri davam edir - VİDEO 13 May 2015 12:10

Təlimlərə cəlb edilən bölmələr tərəfindən növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementləri praktiki şəkildə həyata keçirilib.

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri keçirilir - VİDEO 12 May 2015 10:00

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin ilk mərhələsi keçirlib.

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb 12 May 2015 09:00

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Hərbi qulluqçuların andiçmə mərasimi keçirilib 10 May 2015 09:00

Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bakı qarnizonu hərbi hissələrində yaşıllaşdırma və ağacəkmə tədbirləri keçirilib 10 May 2015 09:00

Müdafiə Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı qarnizonu hərbi hissələrində yaşıllaşdırma və ağacəkmə kampaniyası keçirib.