Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2015 12:10

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri davam edir - VİDEO

Təlimlərə cəlb edilən bölmələr tərəfindən növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementləri praktiki şəkildə həyata keçirilib.
Keçirilən təlimlərin əsas məqsədi motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və helikopterlərdən döyüş atışları etmək, həmçinin təcrübə mübadiləsi aparmaq, qərargahlar və bölmələr arasında koordinasiyanı inkişaf etdirməklə qarşılıqlı fəaliyyətə nail olmaqdır.
Təlimlər mayın 16-dək davam edəcəkdir.