Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunlarının ənənəvi görüşü keçirilib 20 İyul 2015 09:00

Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin (BAÜKM) hazırda müxtəlif ölkələrdə yaşayan bir qrup məzunu ailə üzvləri ilə birgə bu günlərdə yenidən paytaxtımıza gələrək məzunların ənənəvi görüşündə iştirak ediblər.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 20 İyul 2015 09:00

İyulun 20-dən 24-dək Oberammerqau şəhərində (Almaniya) "Quru Qoşunların döyüş hazırlığının qiymətləndirilməsi" və iyulun 20-dən 27-dək London şəhərində (Böyük Britaniya) "Müdafiə Tədqiqatları üzrə Kral Kolleci" kursları keçirilir.

Müdafiə naziri cəbhə bölgəsindəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - VİDEO 19 İyul 2015 13:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.

“Bir həftə ərzində orada daş daş üstə qalmaz” 19 İyul 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının materialları Silahlı Qüvvələrin cəbhə bölgələrindəki hərbi hissələrində də dərindən öyrənilir və geniş təbliğ olunur.

Ön səngərdə bayram və döyüş əhval-ruhiyyəsi 19 İyul 2015 09:00

Ön səngərdə keçirilən tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikini çatdırıb.

“Möhtərəm Prezidentimizin bu nitqi bir daha hər birimizi cənnət Qarabağa, neçə illərdir ki, işğal altında inildəyən torpaqlara səsləyir” 18 İyul 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqinin mühüm siyasi əhəmiyyət kəsb etdiyini, düşmənlərimizə, Ermənistanın havadarlarına, ermənipərəst, islamofob siyasətçilərə, anti-Azərbaycan qüvvələrə qarşı kəskin mesaj olduğunu önə çəkən polkovnik Elçin Kərimovun çıxışı şəxsi heyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qarabağ müharibəsinin veteranları da Qarabağa zəfər yürüşündə Azərbaycan əsgəri ilə bir yerdə döyüşlərə atılmağa hazırdırlar 18 İyul 2015 09:00

Düşmənlə təmas xəttindəki hərbi hissədə Qarabağ müharibəsinin veteranları və əlilləri ilə görüş şəxsi heyətdə xoş təəssüratlar oyadıb.

Silahlı Qüvvələrdə ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri keçirilir - VİDEO 16 İyul 2015 10:37

Silahlı Qüvvələrin qoşun növləri və qismlərində müxtəlif ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri mərhələli surətdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi Silahlı Qüvvələrin şəxsi heyətinin böyük marağına və vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub 16 İyul 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının nitqi bütün xalqımız kimi Silahlı Qüvvələrin şəxsi heyətinin də böyük marağına və vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan Bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki 16 İyul 2015 09:00

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi Ramazan bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.