Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2015 10:37

Silahlı Qüvvələrdə ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri keçirilir - VİDEO

Silahlı Qüvvələrin qoşun növləri və qismlərində müxtəlif ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri mərhələli surətdə davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən tank, PDM, aviasiya hissələrində və artilleriya bölmələrində ayrı-ayrı və birgə məşqlər icra olunur.
Dağ və dağətəyi ərazilərdə real döyüş şəraitinə yaxın vəziyyətdə tank birləşmələrinin idarə edilməsi, manevr imkanları, ekipajların praktiki hazırlığı və artilleriya vasitələrinin şərti düşmənin canlı qüvvə və texnikasının cəmləşmə rayonlarına zərbə vurulması məqsədilə top heyətlərinin bacarıq və vərdişləri öyrədilir.
Silahlı Qüvvələrdən tərxis ediləcək həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim mərkəzlərindən hərbi hissələrə gələn şəxsi heyət silahlanmadakı döyüş və digər texnikaların istismarı, onların tətbiqi qaydaları üzrə təcrübələri ilə bölüşür ki, bu da əsgərlərin döyüş əzmini və qələbə ruhunu daha da artırır.