AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Silahlı Qüvvələrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən “Açıq qapı” gününün keçirilməsi ənənəyə çevirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə, 31 dekabr saat 10.00-dan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında göstərilən diqqət və qayğı nəticəsində ordumuzun inkişafı 2015-ci ildə də yüksələn templə davam edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursunu bitirən dinləyicilərin buraxılış mərasimində iştirak edib.
Сənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
Müdafiə Nazirliyində akkreditə olunmuş kütləvi informasiya vasitələri nümayəndələrinin bir qrupuna dekabrın 26-da akkreditə kartlarının təqdim olunması mərasimi keçirilib.
Dekabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Şəxsi Heyət Baş İdarəsi və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin əsaslı təmir edilmiş binalarının açılışı mərasimində iştirak ediblər.
Erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın guya vurulmadığı barədə erməni tərəfinin iddialarına cavab olaraq mövqelərimizə yaxınlaşan və çəkilişlər etməyə cəhd göstərən düşmən aparatının vurulma anı və kamerasından əldə edilmiş kadrları təqdim edirik.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıram: