AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" taktiki-uçuş təlimləri başa çatıb.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Novruz və Pasxa bayramları müddətində atəşkəs rejiminə ciddi əməl edilməsi çağırışı Ermənistan tərəfindən birtərəfli qaydada rədd edilib.
Martın 23-də Vaşinqton şəhərində ABŞ-ın Müdafiə Departamenti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi, NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, o cümlədən digər hərbi əməkdaşlıq məsələlərinə dair ikitərəfli görüş keçirilib.
Türkiyənin Konya şəhərində keçirilən «TURAZ Şahini - 2016» birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.
Müdafiə nazirinin tapşırığına əsasən Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil edilib.
Martın 21-dən 25-dək Qori şəhərində (Gürcüstan Respublikası) "Beynəlxalq həftə" tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) NATO qüvvələrinin qorunması və NATO qərargah zabitləri üçün tanışlıq kursları, martın 21-dən iyunun 9-dək isə Nova Qoritsa şəhərində (Sloveniya Respublikası) orta səviyyəli ingilis dili kursu keçirilir.
Martın 20-də Novruz bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları, ictimaiyyət nümayəmdələri üçün "Açıq qapı" günü keçirilib.