Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2016 09:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrdə silsilə tədbirlər keçirilir.
Müdafiə nazirinin göstərişinə əsasən, təsdiq olunmuş plan üzrə şəxsi heyət Heydər Əliyev Mərkəzlərini, muzeyləri və abidələri ziyarət edir, hərbi hissələrdə Ulu Öndərin həyat və yaradıcılığı barədə videofilmlər nümayiş etdirilir, ictimai-siyasi hazırlıq dərslərində, tərbiyəvi iş saatlarında söhbətlər aparılır, eləcə də digər mədəni-kütləvi tədbirlər təşkil olunur.