Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2016 09:00

Ümummilli liderimizin anadan olmasının ildönümü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, birlik və birləşmələrdə silsilə tədbirlər keçirilib.
Müdafiə nazirinin göstərişinə əsasən təsdiq olunmuş plan üzrə şəxsi heyət Heydər Əliyev Mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, hərbi hissələrdə Ulu Öndərin həyat və yaradıcılığı barədə videofilmlər nümayiş etdirilib, ictimai-siyasi hazırlıq dərslərində, tərbiyəvi iş saatlarında söhbətlər aparılıb, eləcə də digər mədəni-kütləvi tədbirlər təşkil olunub.