AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks-həmlələrdən çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri və ləvazimatlar əldə olunub.
Aprelin 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlikləri nəzdində fəaliyyət göstərən hərbi attaşeləri, Hərbi Attaşelik aparatlarının, eləcə də beynəlxalq təşkilatların (BMT, Avropa İttifaqı və Beynəlxalq Qızıl Xaç Komitəsi) nümayəndələri üçün "Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri"nə dair brifinq keçirilib.
Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi bildirir ki, son zamanlar cəbhə boyu gedən döyüşlər zamanı şəxsi heyət arasında yaralanan və xəsarət alan hərbi qulluqçulara bütün tibb müəssisələrində lazım olan hər bir tibbi xidmət yüksək səviyyədə göstərilir.
Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 6-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Düşmənlə sərhəddə mövqe tutan əsgərlərimiz yüksək əhval-ruhiyyədədir.Son günlər Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb.