Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2016 09:00

Maltəpə Hərbi Liseyinin nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub

Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Maltəpə Hərbi Liseyinin zabit və kursantlardan ibarət nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Əvvəlcə nümayəndə heyəti məktəbin qarşısındakı ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Sonra qonaqlara hərbi məktəbin tarixinə, təlim-tədrisi prosesinə və digər fəaliyyətlərinə dair brifinq təqdim edilib.
Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olub. Qonaqlara ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib.
Maltəpə Hərbi Liseyinin zabit və kursantları hərbi məktəb ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılıblar.