Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2016 09:00

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

İyunun 6-dan 10-dək Tbilisi şəhərində (Gürcüstan) mobil təlim qrupunun əsas əlaqələndirici zabitləri üçün "NATO-da informasiya və psixoloji əməliyyatlar" mövzusunda, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı dövlətləri üçün ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə tanışlıq kursları, Kanzas ştatında (Amerika Birləşmiş Ştatları) "Saber Guardian 2016" təliminə hazırlıq tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) döyüş hazırlığı qiymətləndirmə kursu, iyunun 6-dan 24-dək Kəraçi şəhərində (Pakistan) standart əməliyyat taktikası kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.